“iPhone” üçün koronavirus dövründə işi asanlaşdıracaq sistem yeniləməsi buraxılıb
“Apple” şirkəti “iPhone” smartfonları üçün koronavirus şəraitində bir neçə funksiyanın işini sadələşdirəcək sistem yeniləməsi təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, “iOS 13.5” əməliyyat sisteminin versiyasını artıq yükləmək mümkündür.
Hazırda “Face ID” sifətin tanınması texnologiyası istifadəçini əksər ölkələrin ictimai yerlərində tələb olunan maskanın taxılması zamanı onu tanıya bilmir. Lakin bloklanmış ekranda yuxarıya çırpmaq jesti edilən zaman dərhal parolun daxil edilməsi üçün ekran görünəcək. Əvvəllər bu ekranı gözləmək üçün daha çox vaxt tələb olunub.
Bundan başqa, əməliyyat sisteminə istifadəçinin kontaktlarının izlənilməsi əsasında onun koronavirusla mümkün kontaktını göstərən mobil əlavələrdən istifadə üçün texnologiyalar daxildir.
Həmçinin şirkət tərəfindən “FaceTime” videoçatı bir neçə həmsöhbət üçün təkmilləşdirilib.
Nizam Nuriyev
Baxış sayı: 663
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)