12px13px15px17px
Tarix:22/05/20

Yeni “Mi TV 43” televizor modeli nümayiş olunub

"Xiaomi" şirkəti "Mi TV 43" smart televizorunun yeni modelini təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "İXBT" resursuna istinadən yazır ki, "E43K" model nömrəsinə malik "Mi TV 43" Çində 155 dollara təklif olunur. Bunadək 43 düymlük digər "Xiaomi" modelləri, o cümlədən "E43X", "E43C" və "E43A" mövcud olsa da, onların minimal qiyməti 169 dollar təşkil edib.

 

Bu məbləği ödəyən istifadəçi 43 düym diaqonallı ekran, 1920 х 1080 piksel təsvir ölçüsü, nazik çərçivə, eləcə də "DTS Sound" texnologiyalı stereodinamiklərlə təchiz edilən televizor əldə edəcək.

 

Yeni modelin əsasını 64 bitlik ikinüvəli platforma, 1 giqabaytlıq operativ və 8 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Televizor "Wi-Fi" vasitəsilə simsiz məlumat ötürməni dəstəkləyir. Əvvəlki bahalı modellərdən fərqli olaraq "Bluetooth" dəstəyi nəzərdə tutulmayıb.

 

Qeyd olunur ki, televizoru çoxlu avadanlığa, o cümlədən kompüter, oyun konsolu, audiosistem və s. qoşmaq mümkündür. "Mi TV 43" modeli böyük kontent bazasından istifadə ilə yanaşı, "ağıllı" ev qurğularını idarə etməyə imkan verən "PatchWall" proqram təminatından istifadə edir.

 

Nizam Nuriyev





Baxış sayı: 624

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024