“Microsoft” jurnalistləri robotlarla əvəzləyəcək
"Microsoft" korporasiyasının "MSN" portalında çalışan onlarla jurnalist robotlarla əvəzlənəcək.
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, avtomatlaşdırılmış sistemlər saytda yerləşdirilmək üçün xəbərlərin seçilməsi ilə məşğul olacaqlar. Hazırda başlıqlar və xəbərlərin mövzuları reportyorlar tərəfindən toplanılır.
Korporasiya nümayəndələrinin sözlərinə görə, jurnalistlərin süni intellektlə əvəzlənməsi biznesin aparılması üzrə qiymətləndirmədə yeni mərhələyə çevrilib. "Bu, bir sahədə investisiya artımına, digərində isə yenidən təşkilə səbəb ola bilər", – deyə korporasiya nümayəndələri bu qərarın koronavirus pandemiyası ilə əlaqədar olmamasını qeyd ediblər.
"Seattle Times" nəşrinin məlumatına görə, iyunun sonunadək təxminən 50 nəfər işindən məhrum olacaq, lakin müəyyən jurnalist kollektivi saxlanılacaq. İşdən azad olunan jurnalistlərin sözlərinə görə, robotların redaksiya siyasəti barədə məlumatlı olmamasına görə saytda uyğun olmayan materiallar yerləşdirilə bilər.
Nizam Nuriyev
Baxış sayı: 492
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet