İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb
“Tele2” telekommunikasiya şirkəti mayın 24-də İsveçdə ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) istifadəyə verib. Bu barədə şirkətin məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, yeni texnologiya informasiyanı saniyədə 1 giqabit sürətlə ötürür. Bu isə “4G” şəbəkəsindən təxminən 4 dəfə çoxdur. “5G” şəbəkəsinə avtomatik qoşulma imkanından mobil rabitə operatorunun yalnız limitsiz internetdən istifadə edən abunəçiləri istifadə edə biləcəklər.
“Tele2” şirkəti “5G” şəbəkəsini mayın 25-də işə salan “Telia” və “Ericsson” mobil rabitə operatorlarını bir gün qabaqlayıb.
Beşinci nəsil mobil rabitə şəbəkəsi daha yüksək buraxılış qabiliyyətinə malikdir. Rekord məlumat ötürmə sürəti 25 Qbit/saniyə təşkil edib. Bu göstərici videonun real vaxt rejimində “8K” (Ultra HD) təsvir ölçüsündə translyasiyasına imkan verir.
İsveç “5G” şəbəkəsini test rejimində istifadəyə verən ilk ölkə olub.
Nizam Nuriyev
Baxış sayı: 673
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet