12px13px15px17px
Tarix:01/06/20

“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

"Samsung" şirkəti mobil prosessorlar çeşidini genişləndirərək "Exynos 850" adlı çip təqdim edib. Texniki xüsusiyyətləri istehsalçı tərəfindən dərc edilən səkkiznüvəli yeni prosessor dördüncü nəsil mobil rabitə şəbəkəsini (4G) dəstəkləyən "Android" əməliyyat sistemli qurğular, o cümlədən "Galaxy A" və "Galaxy M" seriyalı smartfonlar üçün nəzərdə tutulub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, 8 nanometrlik texnoloji proses üzrə hazırlanan mobil platformaya maksimal 2,0 QHs takt tezlikli səkkiz "ARM Cortex-A55" nüvəsi daxildir və "Mali-G52" qrafik prosessoru ilə təchiz edilib. Yeni çip 2520x1080 pikselli ekran təsvir ölçüsünü, "LPDDR4X" operativ yaddaşını və "eMMC 5.1" standartlı toplayıcıları dəstəkləyir.

 

Məlumata görə, yeni qurğu 21,7 meqapikselli kamera sensorları və ya iki sensor (16 5 meqapiksel) birləşməsi ilə uyğunluq təşkil edir. Video "HEVC" (H.265) formatında kodlaşdırılmaqla saniyədə 60 kadr sürətlə "Full HD" təsvir ölçüsündə yazılır. Prosessor "LTE DL Cat.7" və "UE Cat.13" standartlarını, eləcə də "Wi-Fi 802.11ac", "Bluetooth 5.0", "GPS", "GLONASS", "BeiDou", "Galileo" və "FM" modullarını dəstəkləyir.

 

Yeni prosessor əsasında yaradılan ilk smartfon bu yaxınlarda təqdim edilən "Samsung Galaxy A21s" modeli olub.

 

Nizam Nuriyev





Baxış sayı: 627

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024