12px13px15px17px
Tarix:02/06/20

Çinin yeni teleskopu UNO axtaracaq

Çin hökumətinin məlumatına görə, onlar sentyabrda yerdən kənar həyatın axtarışlarına başlayacaq. Bu məqsədlə xüsusi olaraq “FAST” (Five hundred meter Aperture Spherical Telescope – "500 metrlik aperturaya malik sferik radio teleskop") adlı yeni teleskop istifadəyə veriləcək. Dövlətə məxsus “Science and Technology Daily” nəşri yazır ki, artıq yanvarda qurğudan məhdud rejimdə istifadə edilməyə başlanılıb, amma sonra onun müasirləşdirilməsinə qərar verilib. Alimlər iddia edirlər ki, onlar potensial UNO-ların axtarışında kömək edəcək əlavə maneələri aradan qaldırmağa nail olublar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, “FAST” radio teleskopunun diametri təxminən 500 metr təşkil edir. Ölkə hakimiyyəti sözügedən teleskopa 185 milyon dollardan çox vəsait xərcləyib, lakin son təkmilləşdirmələrə sərf edilən məbləğ açıqlanmır. Qurğu yerdən kənar həyatın axtarışından başqa alimlərə qalaktikaların formalaşması və təkamülünü, qaranlıq materiyanı, kosmosda qaz vəziyyətində qlobal dəyişikliyin baş verdiyi reionizasiya dövrünü araşdırmağa kömək edəcək.

 

Tədqiqatçılar, həmçinin bildiriblər ki, teleskopun sınaqları zamanı onlar artıq 102 yeni pulsar axtarıb tapıblar və bu, ABŞ və Avropa astronomları tərəfindən müvafiq dövrdə aşkar edilən göstəricidən çoxdur. Onların qiymətləndirmələrinə əsasən, “FAST” teleskopu oxşar qurğularla müqayisədə təxminən 2,5 dəfə daha həssasdır.

 

Emil Hüseynov





Baxış sayı: 675

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024