“Huawei Mobile WiFi 3” marşrutlayıcısı 16 qoşulmuş qurğunu dəstəkləyir
Çinin telekommunikasiya nəhəngi "Huawei" əsasən səyahətçilər üçün nəzərdə tutulan "Mobile WiFi 3" adlı mobil marşrutlayıcı nümayiş etdirib.
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, yeni qurğu üçüncü və dördüncü nəsil mobil rabitə şəbəkələrinin (4G/3G) 11 diapazon tezliyində işi dəstəkləyir. Router mobil şəbəkələr vasitəsilə məlumat mübadiləsi edə və "Wi-Fi" vasitəsilə internet "paylaya" bilir.
Marşrutlayıcının buraxılış qabiliyyəti 150 Mbit/saniyə təşkil edir. Ona eyni anda 16 smartfon, planşet kompüter, noutbuk və s. istifadəçisi qoşula bilər.
Tam avtonom rejimdə işləyən routerin enerjisi 1500 milliamper/saat tutumlu quraşdırılmış akkumulyator tərəfindən təmin edilir.
Qurğunun korpusunun qalınlığı 14 millimetr, çəkisi 73 qramdır. Yeni marşrutlayıcı ağ və qara olmaqla iki rəng variantında təklif ediləcək.
"Huawei Mobile WiFi 3" routerinin təxmini qiyməti 35 dollara bərabərdir.
Nizam Nuriyev
Baxış sayı: 609
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet