Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq
Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın "Skyports" şirkəti arasında pilotsuz uçan aparatlar vasitəsilə dərman, fərdi qoruyucu vasitələr və "Covid-19" testlərinin çatdırılmasının sınaqları haqqında saziş imzalanıb.
"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, eksperiment çərçivəsində dronlar Böyük Britaniyanın Oban adasında yerləşən "Lorn & Islands" xəstəxanası və Mall adasındakı "Mull & Iona Community" xəstəxanası arasında test və qoruyucu vasitələrin daşınmasını həyata keçirəcəklər. Adalar arasında məsafə 17 km təşkil edir, marşrutun əksər hissəsi isə su üzərindən keçir.
Məlumata görə, çatdırılma üçün vertikal qalxma və enmə funksiyalı və təyyarə rejimində horizontal uçuş imkanına malik "Wingcopter" dronlarından istifadə ediləcək. Dronun yükqaldırma qabiliyyəti 6 kiloqrama bərabərdir. İlkin qiymətləndirməyə görə, dronlar sayəsində "Covid-19" testlərinin çatdırılmasını sorğu alındıqdan 15 dəqiqə sonra həyata keçirmək mümkün olacaq. Hazırda yükün avtomobil və bərə ilə daşınması səbəbindən bunun üçün 6 saat tələb olunur.
Qeyd edək ki, əvvəllər müxtəlif ölkələrdə dronlar vasitəsilə analiz, donor qanı və köçürülmə üçün orqanların çatdırılması üzrə layihələr istifadəyə verilib. Belə ki, 2016-cı ildə Ruandanın qərb hissəsində yerləşən ucqar yerlərdə qan köçürülməsinə ehtiyac duyan xəstələr üçün nəzərdə tutulan dünyada ilk dövlət qan çatdırılma sistemi işə salınıb.
Nizam Nuriyev
Baxış sayı: 668
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet