12px13px15px17px
Tarix:04/06/20

Yeni “Nokia” televizoru nümayiş olunub

Bu gün 43 düym diaqonallı yeni “Nokia Smart TV” modelinin təqdimatı keçirilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, “4K” (3840 × 2160 piksel) təsvir ölçülü ekranla təchiz olunan televizorun horizontal baxış bucağı 170 dərəcə, parlaqlıq və kontrastlıq göstəriciləri 400 kandel/kvadratmetr və 1200:1 təşkil edir.

 

Yeni TV modeli 24 vatlıq dinamiklərə malik keyfiyyətli “JBL” audiosistemi, “Dolby Audio” və “DTS Trusurround” texnologiyaları dəstəyi ilə təchiz olunub. Bundan başqa, dinamik səhnələrin nümayişi zamanı bulanıqlığı aradan qaldıran və görüntünün rəvanlığını artıran “MEMC” (Motion Estimation, Motion Compensation) texnologiyası tətbiq edilib.

 

Panelin proqram təminatı 1 giqaherslik dörd “Cortex-A53” hesablayıcı nüvəyə malik prosessor və “Mali 450MP4” qrafik sürətləndiricisindən ibarətdir. Qurğunun operativ yaddaş tutumu 2,25 giqabayt, quraşdırılmış yaddaşı 16 giqabayt təşkil edir.

 

Həmçinin “Wi-Fi 802.11a/b/g/n (2,4 QHs) və “Bluetooth 5.0” simsiz rabitə adapterləri, kompüter şəbəkəsinə simli qoşulma üçün “Ethernet” kontrolleri, üç “HDMI” interfeysi, bir “USB 2.0” və bir “USB 3.0” portu nəzərdə tutulub.

 

Televizor “Android TV 9.0” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

 

Təxmini qiyməti 420 dollara bərabər yeni “Nokia” televizoru üçün ilkin sifarişlərin qəbuluna iyunun 8-dən etibarən başlamaq planlaşdırılır.

 

Nizam Nuriyev





Baxış sayı: 143

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






07 İyul 2020

06 07 2020

06/07/20
“5G” smartfonlar bazarında rəqabət güclənəcək

2020-ci ilin ikinci yarısında “Apple” korporasiyası “5G” seqmentdə liderlik üçün mübarizəyə qoşula

06/07/20
“Fujitsu” şirkəti distant iş rejiminə keçir

“Fujitsu” 2023-cü ilin martında başa çatacaq maliyyə ilinin sonunadək öz ofislərinin 50%-ni azaltmaq plan

06/07/20
Öz formasını dəyişdirən “ağıllı” parça təqdim edilib

Böyük britaniyalı tədqiqatçılar öz formasını dəyişdirə bilən “ağıllı” parça təqdim ediblər.

06/07/20
“Fujifilm” rekord tutuma malik lent daşıyıcı təqdim edib

Sərt disklərin populyarlığına baxmayaraq, məlumatların saxlanılması bazarında hələ də klassik lent həllər

06/07/20
Yüksək təhlükəsizlikli “Hyundai” elektrik mikroavtobusu nümayiş olunub

Cənubi Koreyanın “Hyundai” şirkətinin istehsalı olan ilk elektrik mikroavtobus nümayiş olunub.

06/07/20
Quşabənzər robot yaradılıb (VİDEO)

“Festo” şirkətinin mühəndisləri havada istiqaməti müstəqil müəyyənləşdirən və adi quşun uçuşunu imitasiya

06/07/20
İlk “Huawei” fərdi kompüteri nümayiş olunub

Çinin “BiliBili” servisində “Huawei” fərdi kompüterini nümayiş etdirən videoçarx

06/07/20
“Thomson Oath Pro” televizorları ən son texnologiyaları dəstəkləyir

“Thomson” şirkəti “Oath Pro” seriyalı yeni smart televizorların satışlarına başlayıb.