12px13px15px17px
Tarix:05/06/20

“Honor 8S” smartfonu nümayiş olunub

Çinin texnoloji nəhəngi “Huawei” Böyük Britaniyada “Honor 8S” smartfonunu təqdim edib. Ucuz qurğular sinfinə aid “Honor 8S” ötənilki “Honor Play” modelinin təkmilləşdirilmiş versiyası hesab olunur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, 2019-cu ildə buraxılan “Honor Play” 2 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaşla bir sıra ölkələrdə satışa çıxarılıb. Yeni qurğu isə 3 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilməklə eyni smartfondur. Qurğunun əsasını dörd “Cortex-A53” nüvəsi və “PoverVR GE8320” qrafik prosessorunun daxil olduğu 12 nanometrlik “MediaTek Helio A22” prosessoru təşkil edir. 5,71 düymlük displey “HD plus” təsvir ölçülü və 19:9 tərəf nisbətli matrisa ilə təchiz olunub.

 

Qurğu 31 meqapikselli əsas modul kamerası və damcıvarı şəkildə yerləşən 5 meqapikselli ön sensorla təchiz olunub. Bundan başqa, “4G” şəbəkəsi, 2,4 giqaherslik birzolaqlı “Wi-Fi” qoşulma və “GPS” dəstəklənir. Smartfona enerji “Micro-USB” çıxışı vasitəsilə doldurulur. Həmçinin simli qulaqcığın qoşulması üçün 3,5 millimetrlik çıxış nəzərdə tutulub.

 

Smatfon “EMUI 9.0” proqram təminatlı “Android 9 Pie” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Quraşdırılmış akkumulyatorun tutumu 3020 milliamper/saata bərabərdir. Sürətli enerjidoldurma funksiyası mövcud deyil.

 

“Honor 8S” smartfonunun qiyməti 99,99 funt-sterlinqə bərabərdir.

 

Nizam Nuriyev





Baxış sayı: 566

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024