12px13px15px17px
Tarix:08/06/20

Yaponiya kosmosun zibildən təmizlənməsi üçün peyk hazırlayır

Yaponiyanın “JAXA” Aerokosmik Agentliyi lazerlə kosmik zibilləri məhv edə biləcək yeni peyk hazırlayır. Bu haqda “NHK” televiziya kanalı məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, sözügedən peykin inteqrasiya edilmiş lazer vasitəsilə nasaz texniki obyektləri, həmçinin başqa zəhərli materialları şüalandıracağı qeyd edilir. Bundan sonra kosmik zibil atmosferə tullanılacaq.

 

Yeni ixtira haqqında hələ ki heç nə məlum deyil. Ancaq alimlər üç ildən sonra peykin ilk texniki sınaqdan keçə biləcəyinə inanırlar. Onların sözlərinə görə, kosmik zibil mövzusu ciddi narahatçılıq doğurur. Artıq ölçüsü 10 sm-dən çox olan təxminən 20 min obyekt mövcuddur.

 

Emil Hüseynov





Baxış sayı: 655

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024