12px13px15px17px
Tarix:08/06/20

Yeni texnologiya insan saçından “OLED” ekranlar yaratmağa imkan verir (VİDEO)

Avstraliyanın Kvinslend Texnologiya Universitetinin tədqiqatçılar qrupu insan saçından "OLED" displeylər hazırlayıblar.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, alimlərin sözlərinə görə, karbon və hidrogenlə zəngin saçlar onlardan işıqşüalandırıcı hissəciklər yaratmaq üçün istifadəyə imkan verir. Texnologiyanın əsasını yerli bərbərdə saç tullantılarının toplanılması təşkil edir. Bundan sonra saç 240 dərəcə temperaturda emal edilir və yandırılır. Yaranan karbon, hidrogen və azot 10 nanometr ölçüsündə karbon nanodotlara çevrilir. Əldə olunan material polimer vasitəsilə yayıldıqdan sonra ondan "OLED" displeylərdə aktiv qat kimi istifadə mümkün olur. Zəif gərginlik ötürülən zaman nanodotlar mavi rəng verməyə başlayır.

 

Eksperimentin nəticələrinə görə fikirlərini bölüşən tədqiqatçılar qeyd edib ki, insan saçından karbon nöqtələr əsasında üzvi işıqşüalandırıcı qurğular intellektual qablaşdırma üçün istifadə edilə bilər. Onların sözlərinə görə, materialın zəhərli olmaması səbəbindən onlar az işıq mənbəyinin tələb olunduğu yerlərdə, məsələn, lövhələrdə, "ağıllı" sarğılarda və tibbi cihazlarda tətbiq oluna bilər.

 

Həmçinin vurğulanır ki, insan saçını xüsusi gözəllik salonlarında mövcud olan qoyun və heyvanların yunu ilə əvəzləmək mümkündür. Alimlərin fikrincə, parlaqlıq səviyyəsinin az olmasına baxmayaraq texnologiya perspektivlidir. Belə ekranlar daşınan elektronika və s. istifadə oluna bilər.

 

Nizam Nuriyev

 

 





Baxış sayı: 955

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024