12px13px15px17px
Tarix:08/06/20

İnsanın sağlamlığının izlənilməsi üçün innovativ “ağıllı” parça hazırlanıb

Müasir daşınan cihazlar ürək ritmini, tənəffüsün tezliyini və başqa göstəriciləri qeydə ala bilir. Bu isə insana öz orqanizminin vəziyyətini izləməyə imkan verir. Müxtəlif sensorların birbaşa parçaya inteqrasiyası növbəti mərhələ olacaq ki, bu da daşınan elektronikanın imkanlarını xeyli genişləndirməyə imkan verəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, Lozanna Federal Politexnik Məktəbi və Foton materialları və Lifli cihazlar Laboratoriyasının tədqiqatçıları adi parçaya quraşdırıla bilən elektron lif yaratmaqla kiçik bir texnoloji nailiyyət əldə ediblər.

 

Yeni texnologiya parçanın liflərinə inteqrasiya edilmiş elastik sensorlardan ibarətdir. Tədqiqatçıların sözlərinə görə, bu, "ağıllı" parça dünyasına qapı açır. Gələcəkdə pasiyentin sağlamlığına böyükölçülü qurğu deyil, adi geyim nəzarət edəcək.

 

Tədqiqatçıların sözlərinə görə, əsas problem yumşaq materiallardan qurulmuş elektrik şəbəkəsi yaratmaqdır.

 

Emil Hüseynov





Baxış sayı: 508

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024