Dünya İT xərclərində 10 faiz azalma gözlənilir
2020-ci ildə dünyada biznes üçün informasiya texnologiyaları (İT) servis və xidmət xərcləri “COVID-19” pandemiyasının nəticələri fonunda iqtisadiyyatın zəifləməsinə görə 10 faizdən çox azala bilər. Bu barədə “The Economic Times” nəşrinin “HfS Research” konsaltinq şirkətinin proqnozuna istinadən məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, proqnoza görə, koronavirusun təsiri nəticəsində Qərbi Avropa və Şimali Amerikanın əsas bazarlarında ÜDM göstəricisi 10-15 faiz azalacaq. Nəticədə təşkilatlar tərəfindən İT xidmətləri üçün xərclər kəskin azalacaq.
“HfS” ekspertlərinin fikrincə, iqtisadiyyatın epidemiyadan əvvəlki səviyyədə bərpası 2021-ci ilin ikinci yarısından sonra baş verəcək.
Bundan əvvəl “Gartner” analitik şirkəti 2020-ci ildə qlobal İT sahəsinin bütün seqmentlərində azalmanın olacağını proqnozlaşdırıb. Xərclər baxımından daha çox azalma data mərkəzi sistemləri və qurğular (kompüter, smartfon və s.) üçün gözlənilir – müvafiq olaraq 9,7 və 15,5 faiz. Bu il İT xidmətlərinin satışı 7,7 faiz, korporativ proqram təminatının satışı 6,9 faiz azalacaq. Rabitə xidmətləri kateqoriyasında isə mədaxilin 4,5 faiz azalacağı proqnozlaşdırılır.
Qiymətləndirməyə görə, 2020-ci ildə dünyada İT xərcləri ümumilikdə 3,46 trilyon dollar təşkil edəcək. Bu, bazarın həcminin 3,76 trilyon dollara bərabər olduğu 2019-cu ilin göstəricisindən 8 faiz azdır.
Nizam Nuriyev
Baxış sayı: 549
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet