12px13px15px17px
Tarix:09/06/20

“HP Chromebook x360 14c” noutbuku “Chrome OS” sisteminin idarəetməsi ilə işləyir

"HP" şirkəti "Chrome OS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən "Chromebook x360 14c" portativ kompüterini nümayiş etdirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, "Intel Comet Lake" platforması üzərində qurulan noutbukun əsas versiyası "Pentium Gold 6405U" prosessoru ilə təchiz edilib. Operativ yaddaş tutumu 4 və ya 8 giqabayt, "eMMC" standartlı quraşdırılmış yaddaş tutumu 64 və ya 128 giqabayt təşkil edir.

 

Bildirilir ki, qurğu sensorlu idarəetmə dəstəyinə malik "Full HD" (1920 × 1080 piksel) formatlı 14 düym diaqonallı ekranla təchiz olunub. Noutbuku planşet iş rejiminə keçirmək üçün onun ekranlı qapağını 360 dərəcə döndərmək mümkündür. Bundan əlavə, xüsusi qələm vasitəsilə idarəetmə dəstəklənir.

 

Portativ kompüter "Wi-Fi 6" və "Bluetooth 5" simsiz rabitə adapterləri, işıqlandırıcıya malik klaviatura, barmaq izi skaneri, sterofonik dinamiklər, iki "USB Type-C" portu, "USB Type-A" çıxışı və qulaqcıq üçün 3,5 millimetrlik standart çıxışla təchiz edilib.

 

İyunda satışa çıxarılacaq "HP Chromebook x360 14c" noutbukunun qiyməti 499 dollar təşkil edir.

 

Nizam Nuriyev





Baxış sayı: 867

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 May 2024

08 05 2024