12px13px15px17px
Tarix:11/06/20

“Nubia” şirkəti “Red Magic 5G Transparent Edition” adlı şəffaf smartfonunu təqdim edəcək

Çinin “Nubia” brendi “Red Magic 5G Transparent Edition” adlı şəffaf smartfonunu təqdim edəcək. Korpusun arxa panelindən qurğunun bütün komponentləri görünəcək. Bu haqda şirkətin saytında məlumat verilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, “Red Magic 5G Transparent Edition” smartfonu unikal dizayndan başqa 144 hers yeniləmə tezlikli “Full HD+” (2340×1080 nöqtə) təsvir ölçülü  6,65 düymlük ekranla təchiz ediləcək. Smartfonda quraşdırılmış “Snapdragon 865” prosessoru beşinci nəsil mobil şəbəkələrinə qoşulmaq üçün “5G” modemə malikdir.
 
Məhsuldar smartfon 16 QB-lıq “LPDDR5 RAM” əməli yaddaşına malikdir. Standart versiyalar 8 və 12 QB-lıq əməli yaddaşla təchiz edilir. Bundan başqa, “Nubia” şirkəti 64 meqapiksellik “Sony IMX686” sensoru, həmçinin 8 və 2 meqapiksellik üçqat arxa kamera nəzərdə tutub. Ön kamera 12 meqapiksellik təsvir ölçüsünə malikdir.
 
14 iyunda satışa çıxarılacaq smartfonun qiyməti 735 dollar təşkil edəcək.
 
Emil Hüseynov





Baxış sayı: 613

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 May 2024

08 05 2024