12px13px15px17px
Tarix:13/06/20

Xüsusi karantin rejimi günlərində “Aztelekom” və “Baktelecom” şəbəkələri xidməti dayandırmayacaq

"COVID-19" pandemiyası dövründə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən vətəndaşların nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən, internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi məqsədilə zəruri tədbirlər gücləndirilmış iş rejimində davam etdirilir. Bu məqsədlə tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verilib.

 

Xüsusi karantin rejimi günlərində nazirliyin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti (Baktelecom) tərəfindən sabit telefon və genişzolaqlı internet xidmətlərinin fasiləsiz işinin təmin edilməsi həyata keçiriləcək.

 

Vətəndaşlardan 24/7 fəaliyyət göstərən 155, 170 nömrəli "Vahid Çağrı Mərkəzi"nə və nazirliyin 1655 nömrəli "Qaynar xətti"nə daxil olan müraciətlər anında emal edilərək aidiyyəti struktur bölmələrə yönləndirilir. Eyni zamanda müraciətlər nazirliyin və qurumların elektron poçt ünvanları və sosial media hesabları vasitəsilə elektron qaydada qəbul olunur.





Baxış sayı: 907

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024