12px13px15px17px
Tarix:17/06/20

Ucuz smartfonlar üçün ilk “5G” “Snapdragon” prosessoru təqdim edilib

“Qualcomm Technologies” şirkəti tərəfindən ucuz smartfonlar üçün təqdim edilmiş 6-cı seriyalı ilk “5G” prosessoru “Snapdragon 690” adlandırılıb. “HMD Global” (“Nokia” brendi), “LG”, “Motorola” və başqa istehsalçılar bu prosessorla işləyən qurğularını təqdim edəcəklər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “Qualcomm” şirkətinin rəsmisi deyib ki, ucuz smartfonlar üçün “Snapdragon” seriyasında “5G” platformasının yaradılması beşinci nəsil şəbəkələrini dünyada 2 milyarddan çox istifadəçi üçün əlçatan edəcək.

 

“Snapdragon 690” prosessoru “4K HDR” video çəkilişini, foto üçün 192 mp təsvir ölçüsünü və 120 hers yeniləmə tezlikli displeyləri dəstəkləyir. Prosessor smartfona süni intellekt alqoritmləri ilə səmərəli işləməyə imkan verəcək beşinci nəsil “Qualcomm AI Engine” funksional modullarından və “Hexagon Tensor Accelerator” sürətləndiricisindən ibarətdir. Yeni platforma ilə qrafikanın renderinqi “GPU Adreno 619L” sayəsində 60% daha sürətlidir.

 

“Snapdragon 690” prosessoru ilə təchiz edilmiş smartfonlar 2020-ci ilin ikinci yarısında satışa çıxarılacaq.

 

Emil Hüseynov





Baxış sayı: 619

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024