12px13px15px17px
Tarix:17/06/20

“Lenovo” dünyada ilk “5G” noutbukunu təqdim edib

“Lenovo” şirkəti dünyada 5-ci nəsil yüksəksürətli şəbəkələrə qoşulma imkanına malik ilk noutbukunu təqdim edib. “5G” şəbəkəsinə qoşulma “Qualcomm X55 5G” modemi vasitəsilə həyata keçirilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “4G” (LTE) ilə yanaşı, “5G” modem leptopa 6 QHs-dək tezlik diapazonundan, həmçinin daha "sürətli" “mmWave” millimetr diapazon dalğalarından istifadəyə imkan verəcək. Bu haqda şirkətin bəyanatına istinadən “The Verge” nəşri yazıb.

 

Noutbuk “Snapdragon 8cx” prosessoru ilə təchiz edilib. “Qualcomm” şirkətinin ən yeni çipi avtonom işləmə vaxtını 24 saatadək uzadır.

 

Bundan başqa, noutbuk 1920x1080 piksel təsvir ölçülü 14 düymlük IPS matrisli sensor ekran, 8 QB əməli yaddaş, 256 QB tutumlu SSD daşıyıcı, 2 “USB-C” portu, qulaqlıqlar üçün 3,5 mm-lik konnektor və barmaq izləri skaneri ilə təchiz edilib. Aparat “Windows 10 Pro” əməliyyat sisteminin idarəetməsi altında işləyir.

 

Emil Hüseynov





Baxış sayı: 962

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024