“Ağıllı” saatlar orqanizmin daxilində baş verənlər barədə məlumat toplayacaq
Kaliforniya Universitetinin mühəndisləri adi "ağıllı" saatları güclü sağlamlıq monitorinqi sisteminə çevirə bilən nazik yapışqan plyonka hazırlayıblar. Sistem tərdə aşkar edilmiş kimyəvi indikatorları axtarır və real vaxt rejimində orqanizmin daxilində baş verənlər barəsində məlumat toplayır.
"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, hazırda "ağıllı" saatlar qət edilmiş məsafəyə, yuxu vaxtına, nəbzin tezliyinə nəzarət edir. Yeni modellər, hətta arterial təzyiq barəsində məlumat toplayır.
Lakin hələ ki "ağıllı" saatlar bədənin kimyəvi tərkibinə nəzarət edə bilmir. Bunun üçün onlar orqanizmin mayelərində aşkar edilmiş biomarker molekullarını izləməlidir. Qlükoza və laktat kimi sağlamlığımızın yüksək spesifik göstəriciləri orqanizmdə maddələr mübadiləsinin nə dərəcədə yaxşı işlədiyini əyani göstərir.
Tədqiqatçılar bu ehtiyacı təmin etmək üçün "ağıllı" saatın aşağı hissəsinə bərkidilən birdəfəlik ikitərəfli plyonka hazırlayblar. Plyonka bədən tərində çox az miqdarda olan metabolit və müəyyən qidalı maddələri aşkar edə bilər.
Komanda öz "ağıllı" saatını və sistemlə işləmək üçün mobil proqramını hazırlayıb. Tədqiqatçılar deyirlər ki, bu konsepsiya populyar "ağıllı" saat modellərinə tətbiq edilə bilər.
Emil Hüseynov
Baxış sayı: 670
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet