12px13px15px17px
Tarix:22/06/20

Robot yaraları yüksək dəqiqliklə tikməyi öyrənib (VİDEO)

Robotlar artıq tez-tez mürəkkəb əməliyyatların keçirilməsində istifadə olunur. Lakin onların idarəetməsi yalnız təcrübəli cərrahlara etibar edilir, amma bu vəziyyət tezliklə dəyişə bilər. Tədqiqatçılar yaraları yüksək dəqiqliklə tikə bilən qabaqcıl süni intellektin hazırlanması haqqında məlumat veriblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, süni intellektin təlimində əsas problem ondan ibarətdir ki, o, adi videonu piksellər axını kimi qəbul edir. Mütəxəssislərin fikrincə, videonu maşın üçün başadüşülən informasiyaya çevirmək mümkün olsa, bu, təlimi xeyli dərəcədə sürətləndirməyə imkan verəcək. Amerikalı tədqiqatçıların və “Intel” şirkətinin mühəndislərinin birgə fəaliyyəti nəticəsində “Motion2Vec” dərin təlim proqramı hazırlanıb. Tədqiqatçıların fikrincə, videoları izləyən süni intellekt əməliyyat aparmağı öyrənəcək.
 
İlk olaraq robota yaraların tikilməsi əməliyyatı etibar edilib. Bu əməliyyat avtomatlaşdırıla bilən vahid hərəkətlər toplusudur. Qabaqcıl neyron şəbəkəsindən istifadə edərək 85,5% dəqiqliklə yaraları tikə bilən süni intellekt hazırlanıb.
 
 
Emil Hüseynov






Baxış sayı: 1008

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024