“Microsoft” şirkəti “Android” sistemi üçün antivirus istifadəyə verib
Şirkət “Android” sisteminin idarəetməsi altında işləyən smartfonlar üçün “Defender” antivirusunun ilkin versiyasını təqdim edib. Antivirus mobil tətbiqlərin təhlükəsizliyini yoxlayır və fırıldaqçılar haqqında xəbərdarlıq edir.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, “Microsoft Defender” antivirusu “Android” smartfonlar üçün açıq test çərçivəsində əlçatandır. 2020-ci ilin sonunadək “iOS” üçün versiyanın çıxarılacağına dair söz verilib.
“Microsoft”un mobil antivirusun əsas məqsədi fırıldaqçıların istifadəçilərin şifrlərini, bank kartlarının məlumatlarını və başqa vacib informasiyaları ələ keçirməsinin qarşısını almaq üçün fişinq hücumlarından müdafiədir. Bu proqram şübhəli bir göndərəndən məktub aldığınız və ya etibarsız sayta daxil olduğunuz barədə avtomatik rejimdə xəbərdarlıq edə bilər.
Bundan başqa, “Microsoft Defender” antivirusu bütün yeni proqramları mümkün zərərverici kodun olub-olmaması baxımından yoxlayır: hər bir proqramın quraşdırılmasından sonra onun təmiz və ya potensial təhlükə mənbəyi olması barədə bildiriş göstəriləcək.
Emil Hüseynov
Baxış sayı: 601
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet