Braziliya Mərkəzi Bankı “WhatsApp” üzərindən ödənişləri müvəqqəti olaraq dayandırıb
“Facebook” sosial şəbəkəsinə məxsus “WhatsApp” messenceri iyunun 15-də Braziliyada proqram üzərindən pulköçürmələri funksiyasını istifadəyə verib. Messencerdə ödənişlər ötən il istifadəyə verilmiş “Facebook Pay” ödəniş sisteminin köməyi ilə həyata keçirilir.
“ICTnews” Elektron Xəbər Xidməti “newsru.com” saytına istinadən yazır ki, lakin yeni funksiya yalnız bir neçə gün braziliyalı istifadəçilərə əlçatan olub. “Bloomberg” nəşri yazıb ki, Braziliya Mərkəzi bankı sürətli, təhlükəsiz, şəffaf, açıq və ucuz ödəniş sisteminin fəaliyyətini təmin edən adekvat rəqabət mühitini qoruyub saxlamaq üçün “WhatsApp” messenceri üzərindən ödənişləri dayandırıb. Tənzimləyici qurum araşdırma üçün “Visa” və “Mastercard” sistemlərindən “WhatsApp” üzərindən ödənişləri həyata keçirməməyi tələb edib.
Braziliyada “WhatsApp”ın iş fəaliyyətinin detalları ilə tanış olan “Bloomberg”in anonim mənbəsinin sözlərinə görə, tənzimləyici qurumun belə həlli “WhatsApp” üçün gözlənilməz olub, çünki xidmət ödəniş funksiyasının işə salınmasına hazırlıq zamanı Braziliyanın Mərkəzi Bankı ilə daim əlaqədə olub. Şirkətin rəsmisi pulköçürmələri funksiyasının işini bərpa etmək üçün lazımi addımlar atılacağını bildirib.
Braziliya Mərkəzi Bankının nümayəndəsi deyib ki, ödənişlərin dayandırılması “WhatsApp” üzərindən pulköçürmələrinin milli maliyyə sistemi üçün mümkün risklərini qiymətləndirməyə imkan verəcək.
Emil Hüseynov
Baxış sayı: 682
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet