12px13px15px17px
Tarix:25/06/20

Yeni “LG GX Gallery” televizorları təqdim edilib

Cənubi Koreyanın “LG” şirkəti “GX Gallery” seriyasına aid yeni televizorlar nümayiş etdirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, hazırda texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilməyən televizorlar üzvi işıq diodlarının tətbiqini nəzərdə tutan “OLED” texnologiyası əsasında yaradılıb.

 

Məlumata görə, seriyaya əvvəlcə 55, 65 və 77 düym diaqonallı, “4К” formatlı (3840 × 2160 piksel) üç model daxil olacaq.

 

Televizorların korpusunun qalınlığı 20 millimetr təşkil edir. Onların quraşdırılmış audiosistemlə təchiz edilməsi kənar səs panelindən istifadə zərurətini aradan qaldırır.

 

Bundan başqa, televizorlar divara sıx asılmağa imkan verən xüsusi qatlanan bərkidici ilə təchiz olunublar.

 

Hazırda “LG GX Gallery” seriyalı modellərin qiyməti və satışa çıxarılma müddəti barədə məlumat verilmir.

 

Nizam Nuriyev





Baxış sayı: 509

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024