12px13px15px17px
Tarix:29/06/20

Avropada yeni kollayder tikiləcək (VİDEO)

Avropa Nüvə Tədqiqatları Təşkilatı (CERN) "Gələcək dairəvi kollayder" (FCC – Future Circular Collider) adlı 100 metrlik hissəcik sürətləndiricisinin yaradılması ilə bağlı planı təsdiq edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, alimlərin fikrincə, yeni qurğu Böyük Adron Kollayderinin (Large Hadron Collider – LHC) öhdəsindən gələ bilmədiyi vəzifələri yerinə yetirməyə imkan verəcək. "Gələcək dairəvi kollayder"in mövcud kollayderin yaxınlığında inşası planlaşdırılır. Onun ölçüləri əvvəlki 27 kilometrlik qurğuya nisbətdə daha uzun – 100 km olacaq.

 

Məlumata görə, tunelin tikintisinə 2038-ci ildə başlamaq nəzərdə tutulur. Tikintiyə başlamazdan əvvəl tunelin planlaşdırılan yerdə çəkilməsinin mümkünlüyünə aydınlıq gətirəcək kəşfiyyat işləri aparılacaq.

 

Yeni qurğunun yaradılması üçün 21 milyard avro tələb olunacaq. Bu, Avropa tədqiqatçıları üçün böyük məbləğ hesab olunduğundan digər ölkələrdən vəsaitlərin cəlb olunması planlaşdırılır. Bundan başqa, layihə üçün ABŞ, Çin və Yaponiyanın iştirakı ilə beynəlxalq təşkilat yaradıla bilər.

 

Qeyd edək ki, vəzifəsi Hiqqs bozonunun axtarışından ibarət olan Böyük Adron Kollayderi yüksək enerjili elementar hissəciklərin (sinfinə protonların da aid olduğu adronlar) sürətləndirilməsi, yığılması və toqquşması (collide) üçün nəzərdə tutulmuş dünyanın ən iri qurğusudur.

 

Böyük Adron Kollayderi İsveçrə və Fransa sərhədində (Cenevrə şəhəri) Avropa Nüvə Tədqiqatları Mərkəzinin rəhbərliyi ilə tikilib.

 

Nizam Nuriyev

 

 





Baxış sayı: 555

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024