12px13px15px17px
Tarix:30/06/20

Yeni “Samsung QT67 QLED” televizorları təqdim olunub

"Samsung" şirkəti Cənubi Koreyada "QT67" seriyalı yeni "QLED" televizorlar təqdim edib. Yeni televizorlar yüksək enerji səmərəliliyi reytinqinə malik ilk "QLED" modelləridir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, "Samsung QT67 QLED" seriyasına 42-85 düym diaqonallı altı model daxildir. Ən ucuz versiyanın qiyməti 824 dollar, ən bahalının isə 4570 dollar təşkil edir. Bundan başqa, televizorların ilk alıcılarına Koreya Enerji İdarəetmə Korporasiyası tərəfindən alış məbləğinə 10 faizlik endirim təqdim ediləcək.

 

Yeni "QLED" televizorlar seriyası yüksək görüntü keyfiyyəti təklif edir. Televizorlar yenilənmiş prosessor və "Quantum HDR" texnologiyasının dəstəyi ilə təchiz ediliblər. Həmçinin "QLED" panelləri bütün rəng çalarlarını göstərməyə imkan verir.

 

Cənubi Koreyanın texnoloji nəhəngi 2020-ci ilin birinci yarısında "QLED" televizorlarının satış həcmini 2019-cu illə müqayisədə davam edən koronavirus pandemiyasına baxmayaraq 50 faiz artırmağa nail olub.

 

Nizam Nuriyev





Baxış sayı: 491

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024