12px13px15px17px
Tarix:01/07/20

Elektromobillərin sayında dördqat artım gözlənilir

2030-cu ildə dünyada elektromobillərin sayı dörd dəfə artaraq 20 milyon təşkil edəcək. Bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hesabatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, hesabata görə, bu gün dünyanın küçə və yollarında sərnişin avtomobillərinin sayı bir milyarda çatır, 2030-cu ilədək isə onların sayının iki dəfə artacağı gözlənilir. İstixana qazı tullantılarının dörddə bir hissəsi nəqliyyat vasitələrinin payına düşür. Bu tullantıların azaldılmasına yönələn tədbirlər yaşıl energetikaya investisiya artımına səbəb olub. “UNCTAD”ın məlumatına görə, bu sərmayələrin illik həcmi artıq bir neçə ildir orta hesabla 600 milyard dollar təşkil edir.

 

“Elektrik batareyaları kimi alternativ enerji mənbələri getdikcə daha çox əhəmiyyət kəsb etməyə başlayacaq, çünki hazırda investorlar neft sənayesinin gələcəyinə ehtiyatla yanaşırlar”, – “UNCTAD”ın beynəlxalq ticarət şöbəsinin direktoru Pamela Kok-Hamilton bildirib. Ekspertlərin fikrincə, akkumulyator batareyaları aşağı karbonlu enerji sistemlərinə keçiddə mühüm rol oynaya və istixana qazı tullantılarını azaltmağa kömək edə bilərlər.

 

Bununla yanaşı, elektrik nəqliyyatının inkişafı bir sıra risklərə yol açır. Birincisi, akkumulyator batareyaları üçün xammal ehtiyatı bir neçə ölkədə cəmləşib ki, bu da fasiləsiz tədarük üçün zəmanəti pozan mənfi faktordur. İkincisi, belə akkumulyatorlar üçün xammal hasilatı ciddi ekoloji nəticələrə səbəb ola bilər.

 

Hesabat müəllifləri akkumulyator istehsalının ətraf mühitə mənfi təsirini azaltmağa imkan verən texnologiyalara investisiyaları artırmağı, eləcə də işlənmiş batareyaların düzgün utilizasiyasını təmin etməyi təklif edirlər.

 

Nizam Nuriyev





Baxış sayı: 587

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024