İstənilən səthi sensora çevirəcək elektron sprey təqdim olunub
3D çap və püskürdülən elektron texnologiyalar metodlarının birləşməsi sayəsində tədqiqatçılar, demək olar ki, istənilən səthə uyğunlaşdırıla bilən yeni tip sensor ekran hazırlayıblar.
"ICTnews" Elektron Xəbər Xidməti "popmech.ru" saytına istinadən yazır ki, təqdimat çarxında "ProtoSpray" texnologiyasının kub, yarımkürə və Möbius lenti ilə işləmə prosesi nümayiş etdirilib.
Bu obyektlər çap edilmiş 3D alt qat, ona birləşdirilmiş elektrodlar və bərabər paylanmış elektrolüminessensiya mürəkkəb təbəqəsindən ibarətdir. Tədqiqatçıların sözlərinə görə, onların məqsədi insanlarda ekranlar haqqında yeni anlayış yaratmaqdır.
Elektrik cərəyanı verildikdə rənglənmiş səthlər qismən yanır və ya sadə sensor toxunuşlara reaksiya verir ki, bunu da, məsələn, qapıların açılması və ya muzeylərdə ekskursiyalar üçün işıqsaçan işarələrin yaradılmasında istifadə etmək olar.
Emil Hüseynov
Baxış sayı: 608
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı