12px13px15px17px
Tarix:02/07/20

“COVID-19” pandemiyası dövründə elektron imzaya maraq artıb

"COVID-19" pandemiyası dövründə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən təqdim edilən elektron imzaya tələbat artıb.

 

Bu ilin yanvar-iyun ayları ərzində vətəndaşlara 1244, sahibkarlara 2144, hüquqi şəxslərə isə 1666 e-imza sertifikatı verilib. Ötən ilin eyni dövrü ilə müqayisədə təqdim olunan sertifikatların sayında 20 faiz artım qeydə alınıb.

 

Elektron imza əldə etmək üçün müraciət edən dövlət qurumlarına isə 3375 e-imza sertifikatı verilib.

 

Ümumilikdə cari ilin ilk yarımilliyində 8429 sertifikat təqdim edilib.

 

Bu müddət ərzində elektron imza ilə aparılan əməliyyatların sayı isə 6 milyondan (6.102.250) çox olub.

 

Qeyd edək ki, e-imzanı əldə etmək istəyən dövlət qurumları, sahibkarlar, hüquqi və fiziki şəxslər "e-imza.az" saytına daxil olmaqla onlayn sifariş verə bilirlər.

 

Xatırladaq ki, elektron imza rəqəmsal mühitdə hazırlanan smart kart və USB token formasında istifadə oluna bilən, elektron məntiqə uyğun işləyən şəxsiyyəti müəyyənləşdirmə və imzalama vasitəsidir. Təqlid edilməsi mümkün olmayan bu imza 3 il müddətində etibarlıdır və onun dəyişdirilməsi mümkünsüzdür. Elektron imza ilə vergi, gömrük, maliyyə, təhsil və bir çox digər sahələrdə müxtəlif xidmətlərdən faydalanmaq olur. Elektron vergi bəyannamələrinin təqdimi, gömrükdə malların və nəqliyyat vasitələrinin bəyan edilməsi, əmək müqavilələrinə dair bildirişlərin elektron qeydiyyatı, internet və mobil bankçılıq kimi vacib elektron xidmətlər e-imza vasitəsilə icra edilir. Bir sözlə, e-imza sertifikatı ilə bütün elektron xidmətlərdən maneəsiz və təhlükəsiz istifadə etmək mümkündür. Dövlət və qeyri-dövlət qurumları, vətəndaşlar bu xidmətdən yararlanaraq biri-birilərinə imzalanan sənədləri göndərə bilirlər.





Baxış sayı: 40317

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024