Tarix:02/07/20
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “HONOR X10 Max” smartfonu “Full HD+” təsvir ölçülü 7,09 düymlük IPS displeylə təchiz edilib. Qeyd edək ki, bu smartfon üçün qeyri-standart piksel yerləşməsinə malik xüsusi maye kristal matrisdən – ənənəvi RGBRGB əvəzinə, RGBRGW istifadə olunur. Ağ subpikselin əlavə edilməsi maksimum parlaqlığı 780 nitədək yüksəltməyə kömək edib və eyni zamanda enerji istehlakını 14% azaldıb.
Yeni smartfon videonun keyfiyyətinin yaxşılaşdırılması üçün xüsusi alqoritmə malikdir. Məsələn, 480p və ya daha aşağı formatda çarxları izləyərkən şəklin təsvir ölçüsü avtomatik olaraq yaxşılaşır. Məzmunun “içərisinə daxil olmaq” üçün “X10 Max” aparatı xüsusi gücləndiricilərə malik stereodinamiklərlə təchiz edilib. Bundan başqa, “HUAWEI Histen6.1” texnologiyası məzmundan asılı olaraq səsin keyfiyyətini yüksəldir.
Smartfon 8 nüvəli “MediaTek Dimensity 800” prosessoru ilə təchiz edilib və 5000 milliamper/saat tutumunda akkumulyatora malikdir. İstehsalçının sözlərinə görə, tam şarj musiqi dinləmə rejimində 50,2 saat, onlayn video izləmə rejimində 16,4 saat və ya oyun rejimində 12 saatadək çatır. 22,5 vatt gücündə sürətli enerjidoldurma texnologiyası nəzərdə tutulub.
Emil Hüseynov
“HONOR” brendi “X10 Max” smartfonunu təqdim edib
“HONOR” brendi yeni “X10 Max” smartfonunu təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “HONOR X10 Max” smartfonu “Full HD+” təsvir ölçülü 7,09 düymlük IPS displeylə təchiz edilib. Qeyd edək ki, bu smartfon üçün qeyri-standart piksel yerləşməsinə malik xüsusi maye kristal matrisdən – ənənəvi RGBRGB əvəzinə, RGBRGW istifadə olunur. Ağ subpikselin əlavə edilməsi maksimum parlaqlığı 780 nitədək yüksəltməyə kömək edib və eyni zamanda enerji istehlakını 14% azaldıb.
Yeni smartfon videonun keyfiyyətinin yaxşılaşdırılması üçün xüsusi alqoritmə malikdir. Məsələn, 480p və ya daha aşağı formatda çarxları izləyərkən şəklin təsvir ölçüsü avtomatik olaraq yaxşılaşır. Məzmunun “içərisinə daxil olmaq” üçün “X10 Max” aparatı xüsusi gücləndiricilərə malik stereodinamiklərlə təchiz edilib. Bundan başqa, “HUAWEI Histen6.1” texnologiyası məzmundan asılı olaraq səsin keyfiyyətini yüksəldir.
Smartfon 8 nüvəli “MediaTek Dimensity 800” prosessoru ilə təchiz edilib və 5000 milliamper/saat tutumunda akkumulyatora malikdir. İstehsalçının sözlərinə görə, tam şarj musiqi dinləmə rejimində 50,2 saat, onlayn video izləmə rejimində 16,4 saat və ya oyun rejimində 12 saatadək çatır. 22,5 vatt gücündə sürətli enerjidoldurma texnologiyası nəzərdə tutulub.
Emil Hüseynov
Baxış sayı: 873
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet