Yüksək təhlükəsizlikli “Hyundai” elektrik mikroavtobusu nümayiş olunub
Cənubi Koreyanın “Hyundai” şirkətinin istehsalı olan ilk elektrik mikroavtobus nümayiş olunub.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, yeni “Hyundai County” şirkət tarixində elektrik mühərriklə təchiz edilən ilk mikroavtobusdur. O, 128 kilovattlıq güclü litium-ion polimer akkumulyatora malikdir. Akkumulyatorun bir dəfə enerji ilə tam doldurulması 250 kilometrlik məsafəni qət etməyə kifayət edir. Xüsusi qurğu sayəsində akkumulyatoru 72 dəqiqəyə enerji ilə doldurmaq mümkündür. Lakin adi ev rozetkasından istifadə zamanı bunun üçün 17 saat tələb olunacaq.
Məlumata görə, avtobusun sərnişin tutumu modeldən asılı olaraq 15-33 nəfər arasında dəyişir. Sürücünün oturacağı ventilyasiya və isitmə sistemi ilə təchiz edilib. Sürücü, həmçinin 7 düymlük sensor ekranla təchiz edilmiş cihaz panelindən və avtobus haqqında əlavə informasiyanı əks etdirən 4,2 düymlük daha iki ekrandan istifadə edəcək.
Bildirilir ki, avtobus ən müasir təhlükəsizlik sistemləri ilə təchiz olunub. Belə ki, qapı yerində yerləşən sensorlar sərnişinlərin minməsi və ya düşməsi zamanı qapıların bağlanmasına imkan vermir. Sıxılma baş verəcəyi təqdirdə qapılar avtomatik açılacaq. Bundan əlavə, sərnişin avtobusa tam daxil olduqdan və ya onu tam tərk etdikdən sonra yola düşəcək.
Elektrik mühərriklə işləyən avtobusun satışa çıxarılma müddəti barədə məlumat verilmir.
Nizam Nuriyev
Baxış sayı: 446
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı