“Fujifilm” rekord tutuma malik lent daşıyıcı təqdim edib
Sərt disklərin populyarlığına baxmayaraq, məlumatların saxlanılması bazarında hələ də klassik lent həlləri daxil olmaqla alternativ daşıyıcı tipləri geniş yayılıb. "Fujifilm" şirkəti adi server komponentləri ilə rəqabət apara biləcək 400 TB tutumunda kaset tipli kartricini təqdim edib.
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, lent həlləri əvvəlki kimi bəzi şirkətlər tərəfindən məlumatların saxlanılması faktı onlara giriş sürətindən daha vacib olduğu hallarda (məsələn, bank sahəsində) istifadə edilir. Məsələn, "Linear Tape-Open" (LTO-8-in) adlı 8-ci nəsil daşıyıcı adi rejimdə 12 TB-dək və sıxılmış rejimdə isə 30 TB-dək informasiya yazmağa imkan verir. Qiyməti 100 dollardır.
400 TB tutumunda lent daşıyıcılarının "LTO-13" standartına uyğun olacağı və 2030-cu ilədək onların kütləvi istehsalına başlanılacağı gözlənilir. Şirkət hələ ki bu lent daşıyıcının qiyməti haqqında məlumat vermir.
Emil Hüseynov
Baxış sayı: 967
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet