12px13px15px17px
Tarix:07/07/20

“COVID-19” xəstələrini izləyən sistem yaradılıb

Rusiyanın Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi geolokasiya və mobil rabitə operatorlarının məlumatları əsasında koronavirusa yoluxanların izlənilməsi qaydalarını hazırlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, qaydaların əsasını Səhiyyə Nazirliyinin “COVID-19” xəstəsinin telefon nömrəsi haqqında məlumatları təşkil edəcək. Bundan sonra xüsusi alqoritmlər xəstə ilə birlikdə olan, eləcə də mobil rabitə vasitəsilə yoluxmuş şəxslə əlaqə yaradan insanların siyahısını tərtib edəcək.

 

Siyahı abunəçilərin birlikdə keçirdikləri vaxt və müşahidə olunan dövr ərzində hərəkət xüsusiyyətləri haqqında məlumatları nəzərə alınaraq dəqiqləşdiriləcək.

 

Nəticədə xəstə ilə birbaşa ünsiyyət zamanı “COVID-19”-a yoluxma riskinə məruz qalan abunəçilərin telefon nömrələrinin siyahısı yaradılacaq. Əldə olunan məlumatlar Rusiyanın Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin informasiya resurslarında mərkəzləşdirilərək Rusiya Federasiyasının operativ qərargahlarına, Rusiya Qvardiyasına, Daxil İşlər və Səhiyyə nazirliklərinə göndəriləcək.

 

Hökumət rəsmilərinin sözlərinə görə, “COVID-19” xəstələri ilə təmasda olanların mobil telefonlarının məlumatları əsasında izlənilməsi onların hüquqlarını pozmur.

 

Nizam Nuriyev





Baxış sayı: 539

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024