Ev routerlərinin əksəriyyətinin təhlükəsizlik sistemində boşluq aşkar edilib
Almaniyanın Fraunqover İnstitutunun alimləri evdə istifadə üçün nəzərdə tutulmuş marşrutlayıcıların təhlükəsizliyini qiymətləndiriblər. Hər bir qurğunun təhlükəsizlik sistemində onu kiberhücumlar qarşısında dayanıqsız edən ən azı bir boşluq aşkar edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, tədqiqat çərçivəsində 7 populyar brendin 127 modeli araşdırılıb: “Asus”, “AVM”, “D-Link”, “Linksys”, “Netgear”, “TP-Link” və “Zyxel”. Nəticə ürəkaçan deyil. Demək olar ki, bütün sınaqdan keçirilmiş routerlər düzəldilməyən boşluğa malikdir və “Linux” sisteminin köhnə versiyalarının idarəetməsi altında işləyir.
Son il ərzində 46 marşrutlayıcıdan heç biri təhlükəsizlik yeniləməsi almayıb. Ən pis vəziyyətdə qurğular 5 ildən çox müddətdə yenilənməyib və yüzlərlə boşluq aşkar edilib.
Bu halda yeni proqram təminatı çıxaran bir çox şirkətlər kritik boşluqları aradan qaldırmır. Başqa sözlə, istifadəçi proqram təminatının ən son versiyasını quraşdırdığı halda belə routerdə təhlükəsizlik problemi həll edilmir.
Emil Hüseynov
Baxış sayı: 742
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet