12px13px15px17px
Tarix:09/07/20

“Vivo iQOO Z1x 5G” smartfonu təqdim olunub

Çinin “Vivo” şirkəti “iQOO UI 1.0” istifadəçi interfeysinə malik “Android 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “iQOO Z1x 5G” smartfonunu təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, qurğunun əsasını 2,4 QHs takt tezlikli səkkiznüvəli “Qualcomm Snapdragon 765G” prosessoru təşkil edir. Çipə “Adreno 620” qrafik sürətləndiricisi və beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən “X52 5G” modemi daxildir.

 

6,57 düym diaqonallı displey 2408 × 1080 piksel (Full HD formatı) təsvir ölçüsü, 20:9 tərəf nisbəti və “NTSC” rəng məkanının 96 faizlik əhatəsinə malikdir. Həmçinin “HDR10 plus” texnologiyası dəstəyi mövcuddur. Yeniləmə tezliyi 120 QHs təşkil edir.

 

Arxa tərəfdə 48 meqapikselli əsas sensor, 2 meqapikselli makromodul və 2 meqapikselli dərinlik sensoruna malik üç kamera quraşdırılıb. 16 meqapikselli ön kamera ekranın sağ küncündə kiçik kəsikdə yerləşir.

 

Smartfon yan daktiloskopik skaner, “Wi-Fi 6” (802.11ax) və “Bluetooth 5.1” simsiz rabitə adapterləri, GPS/GLONASS qəbulediciləri, “USB Type-C” portu və qulaqcıq üçün 3,5 millimetrlik çıxışla təchiz olunub. Enerji 33 vatlıq sürətli enerjidoldurma funksiyasına malik 5 min milliamper/saat tutumlu akkumulyator batareyası tərəfindən təmin edilir. Qabaritlər 164,2 × 76,5 × 9,06 millimetrə, çəki 199,5 qrama bərabərdir.

 

“Vivo iQOO Z1x 5G” smartfonunun qiyməti operativ və quraşdırılmış yaddaş (6, 64, 128, 256 giqabayt) tutumundan asılı olaraq 230, 260, 285 və 330 dollar təşkil edəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 597

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024