Tarix:08/12/11
Hörmətli konfrans iştirakçılar!
Hörmətli xanımlar və cənablar!
Sovetlər İttifaqının süqutundan sonrakı illərdə Azərbaycan iqtisadi tənəzzül, ərazi bütövlüyün qarşı təhdidlər və hərbi təcavüz, siyasi qeyri-stabillik, sosial çətinliklər və digər təzyiqlərə düçar olmuşdur.
Belə bir ağır şəraitdə ölkənin gələcək inkişafının, onun davamlığının təmin edilməsi üçün məqsədyönlü dövlət siyasəti işlənilmiş və həyata keçirilmişdir.
Bu strateji inkişaf xəttinin əsasında Ümummilli lider Heydər Əliyevin mütərəqqi baxışları, zəngin idarəetmə təcrübəsi, xalqın və dövlətin firavanlığa nail olacağına möhkəm əminliyi, əzmi və səylərinə əsaslanan müdrik siyasət durmuşdur. 1993-cü ildən başlayaraq, nə qədər çətin olsa da, ardıcıl olaraq ölkədə iqtisadi, sosial, siyasi islahatlar aparılmış və tərəqqiyə nail olunması üçün çoxsaylı işlər görülmüşdür.
Bunun sayəsində ölkə iqtisadiyyatında tənəzzülün dayandırılması mümkün olmuş və 1996-cı ildən başlayaraq müsbət meyllər əldə edilmiş, ölkənin, cəmiyyətin tərəqqisi üçün vacib olan bir çox sahələrin intensiv inkişafına şərait yaratmışdır. Bunların içərisində informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi də xüsusi yer tutmuşdur.
Beynəlxalq təcrübəyə əsaslanaraq, mütərəqqi inkişaf modellərini təhlil edərək, həmçinin ölkənin potensialına müvafiq olan və gələcəyinə xidmət edəcək addımların atılmasına başlanılmışdır. 1998-ci ildən başlayaraq bu işlər sistemli, kompleks və ardıcıl olaraq həyata keçirilməkdədir.
Müstəqil dövlətin sahə üzrə qanunvericilik bazasının formalaşdırılması, islahatların aparılması və vacib bir çox layihələrin icrası təmin edilmişdir. 2000-ci ildə BMT-nin Minilliyin Sammitinin qərar və tövsiyələrindən irəli gələrək Azərbaycan informasiya cəmiyyətinə keçidi başlıca hədəf kimi müəyyənləşdirən Milli Strategiya işləyən ilk ölkələrdən biri olmuşdur.
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən təsdiq edilmiş bu sənəd ölkədə İKT sahəsində inkişafın əsas istiqamətlərini, o cümlədən dövlət idarəçiliyində İKT-nin geniş tətbiqi ilə bağlı məsələləri, o cümlədən elektron hökumətin formalaşdırılmasını müəyyən etdi.
Milli Strategiyada İKT həm ölkənin ümumi inkişafına, digər sahələrin inkişafına təsir edə biləcək vasitə kimi, həm də ayrıca bir iqtisadi sahə kimi baxılmışdır. Artıq elə bir zaman yetişmişdir ki, hər bir dövlət davamlı iqtisadi inkişafı təmin etməyə çalışır.
Elmi, innovativ inkişaf yolu bunun əsasını təşkil edir. Bu baxımdan təhsil, elm, innovasiya üçlüyünün vəhdəti mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, gələcək inkişaf üçün savad, bilik və texnologiya vacibdir və buna yiyələnmiş ölkələr müvəffəqiyyət qazana bilərlər.
Ölkəmizdə təhsil sahəsinə investisiya qoyuluşları, 2000-dək yeni məktəb binalarının müasir tələblərə müvafiq tikilməsi və təmir edilməsi, hər bir məktəbin kompüterləşdirilməsi, İnternetə qoşulması, müasir tədris vəsaitləri ilə təchiz edilməsi bu istiqamətdə ciddi bir addım olmuşdur.
Bu proses indi də davam edir.
Elm sahəsinə diqqət yüksəkdir və ölkəmizin elmi potensialının gücləndirilməsi üçün xüsusi İnkişaf strategiyası və onun icrası üçün Dövlət Proqramı qəbul edilmişdir. Ölkədə elmin bir çox sahələrində, o cümlədən nanotexnologiyalar sahəsində elmi tədqiqatlar uğurla aparılır.
İKT sahəsi də bu illərdə dinamik inkişaf etmişdir, təkcə son 6 ildə sektorun həcmi 6 dəfə artmışdır, orta illik artım tempi 25-30% təşkil etmişdir, informasiya texnologiyaları sahəsinin həcmi və məhsul ixracı hər biri 4 dəfə yüksəlmişdir.
İnternetin müasir zamanda yeni biliklərin əldə edilməsində, cəmiyyətin inkişafında oynadığı mühüm rolu nəzərə alaraq istifadəsinə genişləndirilməsinə şərait yaradılmışdır və hazırda ölkə əhalisinin 60% İnternet istifadəçilərin, onların yarısı isə genişzolaqlı xidmətlərin istifadəçiləridir.
Mobil telefonlardan istifadə ildən-ilə yüksəlmişdir və hazırda hər 100 nəfərdən 110-u mobil istifadəçilərdir və İnternetdən bu vasitə ilə yararlana bilərlər.
Ən vacib məqamlardan bir də odur ki, müstəqil Azərbaycan kosmik sənayenin formalaşdırılması, milli telekommunikasiya peykinin orbitə çıxarılması kimi elmə, biliklərə və müasir texnologiyalara əsaslanan işləri də həyata keçirməkdədir. 2012-ci ilin sonunda ölkəmizin ilk milli telekommunikasiya peykinin orbitə çıxarılması planlaşdırılmışdır.
Bütün bunlar dünyada ümumi mənada “informasiya cəmiyyəti” adlandırılmış, bəzən isə “biliklərə əsaslanan iqtisadiyyat”, “biliklərə əsaslanan cəmiyyət” kimi qeyd olunan cəmiyyətin postindustrial inkişafın yeni bir mərhələsi qloballaşan dünyanın tələbi kimi çıxış edir.
Azərbaycan da beynəlxalq cəmiyyətin üzvü olaraq bu proseslərdə aktiv iştirak edir və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi siyasətin reallaşmasına səy göstərir.
Qeyd edilməlidir ki, İKT həmçinin dövlət idarəçiliyinin bütün mahiyyətinə təsir edir və onun həyata keçirilməsi üçün yeni imkanlar yaradır. Elmi yanaşmada, ümumilikdə dövlət orqanları, yəni Hökumət, özü mükəmməl informasiya sistemi və ya klassik idarəetmə obyekti kimi baxıla bilər, belə ki, dövlət idarəçiliyində informasiya mühüm rol oynayır.
Onun əldə edilməsi, təhlili, yayılması idarəetmə funksiyalarının əsaslarındandır. Cəmiyyətin indiyədək inkişaf dövrləri ilə müqayisədə informasiya cəmiyyəti ilk dəfə olaraq elmi biliklərin idarəetmə qərarlarının qəbulunda, vəziyyətin cari qiymətləndirilməsində, proqnozlaşdırılmada tətbiqi eyni zamanda siyasi, iqtisadi, sosial, mənəvi təsirlər yaradır.
Elektron hökumət – ümumilikdə informasiya cəmiyyətində dövlət idarəçiliyi konsepsiyasıdır. Dövlət idarəetmə mexanizmində yeni keyfiyyət dəyişikliklərinin baş verməsi, vətəndaşlara dövlət orqanlarının xidmətlərindən istifadədə, qərar qəbulunda iştirakında daha demokratik imkanların yaradılması onların tələbatlarının daha dolğun ödənilməsi, ictimai təşəbbüskarlığının artırılması, dövlət orqanlarının fəaliyyətinin şəffaflığının və səmərəliyin yüksəldilməsi, İKT-nin imkanlarından geniş istifadə onun əsas qayəsi kimi baxıla bilər.
Ölkəmizdə elektron hökumətin formalaşdırılması dövlətin inkişaf siyasətinin tərkib hissəsidir. Qəbul edilmiş dövlət proqramları və “Elektron hökumətin formalaşdırlması üzrə Fəaliyyət Proqramı”nın qəbul edilməsi bunun əyani təzahürüdür.
Dövlətin informasiya cəmiyyətinin tələblərindən irəli gələrək vətəndaşlar, biznes qurumlar, ictimai təşkilatlar ilə əlaqələrində daha da şəffaf və nəzarətli olması, sadə və münasib üsüllarla münasibətlərin təşkilinin təmin edilməsi üçün geniş şəkildə elektron xidmətlərin tətbiq edilməsi həyata keçirilir.
Vətəndaşın maraqlarını ön plana çəkərək dövlət orqanlarında mövcud olan informasiya sistemlərində toplanılmış sənəd və məlumatlardan qarşılıqlı istifadə imkanının yaradılması, yəni vətəndaşın hər hansı dövlət orqanına bir dəfə təqdim etdiyi məlumatların aidiyyatı dövlət orqanları tərəfindən istifadəsinin təmin edilməsi qərara alınmışdır. Bunu təmin etmək üçün elektron hökumətin şlüzü, yəni informasiya mübadilə infrastrukturu yaradılmışdır.
Elektron xidmətlərin göstərilməsi üçün “bir pəncərə” prinsipi əsasında “elektron hökumət” portalı yaradılmaqdadır. Bu portalda mərkəzi icra hakimiyyəti orqanlarının göstərdiyi xidmətlərin cəmləşdirilməsi planlaşdırılır.
Vətəndaşlar, biznes qurumlar bu mənbə vasitəsilə bir məkandan bütün dövlət orqanlarının elektron xidmətlərinə asanlıqla, özlərinə münasib vaxtda və vasitələrlə müraciət edib lazımi sənəd və məlumatları əldə etmək, müvafiq əməliyyatları həyata keçirmək imkanına malik olacaqlar.
Qeyd edilməlidir ki, bu işlər indiyədək müxtəlif dövlət orqanları tərəfindən yaradılmış informasiya sistemləri, reyestrlərin sayəsində mümkün olmuşdur.
Elektron hökumət layihələri üçün mühüm əhəmiyyət kəsb edən elektron imzanın istifadəsinə şərait yaradılmışdır. Cari ildə istismara verilmiş elektron imza infrastrukturu dövlət orqanlarında, vətəndaşlar və biznes qurumlar tərəfindən elektron imzadan geniş istifadəyə imkan yaradır.
Xüsusən də dövlət idarəçiliyində bu vasitələrdən istifadə müxtəlif sahələrdə yeni-yeni xidmətlər göstərməyə şərait yaradır.Bütün bu qeyd olunanlar Azərbaycanda ən qabaqcıl təcrübəyə əsaslanaraq informasiya cəmiyyəti quruculuğu üzrə fəaliyyətinin başlıca istiqamətlərinin qısaca təsviridir.
Biz əminik ki, Azərbaycan Respublikası müstəqil, demokratik ölkə olaraq öz inkişaf strategiyasının reallaşmasında yeni-yeni uğurlara nail olacaqdır.
Diqqətinizə görə minnətdaram.
“Biliklərə əsaslanan dövlət quruculuğu”
Bakıda “Müstəqilliyin 20 illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə “Biliklərə əsaslanan dövlət quruculuğu” mövzusunda çıxış etmişdir.Hörmətli konfrans iştirakçılar!

Baxış sayı: 880
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet