12px13px15px17px
Tarix:13/07/20

“Xiaomi” oyun konsolu formasında ucuz telefon təqdim edib

“Xiaomi” şirkətinin cihazlar çeşidinə qeyri-adi form-faktorda hazırlanmış orijinal yenilik daxil edilib. Azyaşlı istifadəçilər auditoriyası üçün nəzərdə tutulmuş “Qin AI Life” adlı mobil telefonu görünüşcə “Game Boy” oyun konsolunu xatırladır, lakin orijinal “Nintendo” qurğusu ilə müqayisədə böyük funksiyalar dəstinə malikdir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, 1,54 düym diaqonallı və 240x240 piksel təsvir ölçülü rəngli ekrana malik cihaz böyükölçülü aparat düymələri və çarpaz formalı naviqasiya ilə təchiz edilib. Telefonun ölçüsü 74 x 38,6 x 12,1 mm, çəkisi isə 48 qr təşkil edir. Cihazın özəlliklərindən biri uşağın olduğu yeri təyin edən məsafədən valideyn nəzarəti funksiyasıdır.

 

“Qin AI Life” qurğusu “Wi-Fi”, “GPS”, “Bluetooth” və “eSIM” modulları ilə təchiz edilib. Bundan başqa, aparat “XiaoAI” səs assistenti funksiyalarını dəstəkləyir. Smartfon 1150 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

 

Çində mobil telefonun qiyməti 57 dollar təşkil edir.

 

Emil Hüseynov





Baxış sayı: 578

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024