12px13px15px17px
Tarix:14/07/20

“Google” Hindistan iqtisadiyyatının rəqəmsallaşdırılmasına 10 milyard dollar qoyacaq

“Google” şirkəti növbəti 5-7 il ərzində Hindistan bazarına 10 milyard dollar investisiya yatıracaq. Sərmayələr rəqəmli iqtisadiyyatın inkişafına yönəldiləcək: tərəfdaşlıq münasibətləri, əməliyyatlar, fond bazarı, infrastruktur və rəqəmli ekosistem. Bu bəyanatla “Google” şirkətinin rəhbəri Sundar Piçai çıxış edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, bundan başqa, vəsaitlər əhalinin tələbatına cavab verən yeni məhsul və xidmətlərin yaradılmasına, hər Hindistan sakininin öz doğma dilində informasiyadan sərbəst istifadənin təmin edilməsinə, eləcə də süni intellektin səhiyyə, təhsil və kənd təsərrüfatı kimi sahələrdə tətbiqinə sərf olunacaq.

 

“Google for India Digitization Fund” adlı yeni fond yaradan şirkət özü üçün əsas xarici bazarda rəqəmli xidmətlərin tətbiqini sürətləndirmək niyyətindədir. 1,3 milyard əhalisi olan ölkədə məhz “Google” servisləri, o cümlədən internet axtarış, “YouTube” və “Android” populyarlıq qazanıb. Gündəlik 500 milyon hindistanlı internetə daxil olur, ölkədə aktiv smartfon istifadəçilərinin sayı isə 450 milyonu üstələyir.

 

Hindistan bazarı digər İT nəhənglərini də cəlb edir. Məsələn, “Facebook” apreldə on milyonlarla ailə mağazasının rəqəmsallaşdırılması məqsədilə ölkənin ən böyük “Reliance Jio Platforms” mobil operatoruna 5,7 milyard sərmayə qoyub. “Amazon” şirkətinin rəhbəri Ceff Bezos isə ilin əvvəlində Hindistana səfəri çərçivəsində 6,5 milyard dollara əlavə olaraq yerli bazarın inkişafına daha 1 milyard dollar investisiya yatıracağını bəyan edib.

 

Nizam Nuriyev





Baxış sayı: 504

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024