12px13px15px17px
Tarix:16/07/20

Məşhur “Forbes” jurnalında Azərbaycanın ilk qlobal virtual hakatonundan bəhs edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş Azərbaycanın ilk qlobal virtual hakatonu – “Global Virtual Hackathon” haqqında bu dəfə nüfuzlu “Forbes”in elektron resursunda dərc olunan məqalədə bəhs olunub.
 
“COVID-19” dövründə dünyada tətbiq olunmuş innovativ həllər barədə məlumat verilən məqalədə qeyd edilir ki, Azərbaycan pandemiya zamanı insanların bir-birilərinə daha yaxşı dəstək olmasına kömək məqsədilə “Global Virtual Hackathon”a ev sahibliyi etdi və Polşa komandası qalib oldu.
 
Eyni zamanda, təşkilatçılara istinadən bildirilir ki, bir ay belə hazırlaşmadan gərgin iş şəraitində beynəlxalq ictimaiyyətin mübarizəsinə kömək etmək üçün önəmli qərarlar qəbul edilib.

Qeyd edək ki, məqalədə haqqında bəhs edilən “Global Virtual Hackathon” bu ilin aprel ayında koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “SUP.VC” Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Müsabiqədə iştirak üçün 5 qitə üzrə 45 ölkədən 600-dən artıq müraciət qeydə alınmışdı. 

Müsabiqənin yekunlarına əsasən, birinci yerə Polşadan olan “Crisis Heroes” komandası layiq görülüb. İkinci yeri vauçer yolu ilə kiçik və orta biznesə dəstək ideyasını təqdim edən Azərbaycan komandası “Javid-19” tutub. Üçüncü pillədə isə Braziliyanın “Zebrafish” komandası qərarlaşıb. 







Baxış sayı: 766

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024