12px13px15px17px
Tarix:17/07/20

İkinci rübdə dünyada fərdi kompüterlərin satışı 3 faiz artıb

"Gartner" analitik şirkəti bu ilin ikinci rübündə dünyada 64,8 milyon fərdi kompüter satılmasını açıqlayıb. Bu, bir il əvvəlin göstəricisindən 2,8 faiz çoxdur.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Computerworld" resursuna istinadən yazır ki, koronavirus pandemiyası ilə əlaqədar dərin tənəzzüldən sonra bazarda artım bərpa olunub, satıcılar ehtiyatları toplamağa başlayıb, mobil fərdi kompüterlərə tələbat isə yüksəlib. Xüsusilə sürətli artım – 20 faiz Avropa, Yaxın Şərq və Afrika regionunda qeydə alınıb. Lakin mobil fərdi kompüterlərə tələbat distansiyalı işə keçidlə əlaqədardır və onun artımı qısamüddətli olacaq.

 

"Lenovo" və "HP" şirkətləri fərdi kompüterlərin satış sayına görə birinci və ikinci yeri bölüşüb – bazarın ümumi həcminin 25 və 24,9 faizi. "HP" təchizatla bağlı problemlərin həlli və ötən illə müqayisədə satış həcminin 17,1 faiz artırılması sayəsində liderə yaxınlaşıb. "Lenovo" şirkəti satış həcmini 4,2 faiz artırmağa nail olub. "Dell" şirkətinin satışı isə 2016-cı ildən ilk dəfə cüzi azalıb.

 

Bununla yanaşı, masaüstü fərdi kompüterlərin satış həcminin azalması mobil fərdi kompüterlərin satışının artması ilə kompensasiya olunub. "Acer" satışı 23,6 faiz artıraraq "Apple" şirkətinə yetişib: şirkətlər bazarın müvafiq olaraq 6,2 və 6,7 faizinə nəzarət edirlər. "ASUS" şirkəti də satışı xeyli artırıb və onun bazar payı ötənilki 4,7 faizdən 5,5 faizədək yüksəlib.

 

Nizam Nuriyev





Baxış sayı: 569

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024