2020-ci ildə smartfonların 19%-i “5G” şəbəkələrini dəstəkləyəcək
Dünyada mobil qurğular üçün çip istehsal edən ən böyük yarımkeçirici istehsalçısı olan "Taiwan Semiconductor Manufacturing Company" "5G" smartfonlar seqmenti üzrə öz proqnozunu yaxşılaşdırıb. Eyni zamanda Tayvan şirkəti qlobal mobil telefon bazarında kəskin azalma gözləyir.
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, şirkətin bəyanatına görə, 2020-ci ildə istehsal edilmiş smartfonların təxminən 17-19%-i beşinci nəsil (5G) şəbəkələrini dəstəkləyəcək. Qlobal smartfonlar bazarının həcmi isə "COVID-19" koronavirus pandemiyasının nəticələrinə görə 11-13% azalacaq.
"Strategy Analytics" tədqiqat şirkətində işləyən mütəxəssislərin gözləntilərinə görə, 2020-ci ildə "COVID-19" pandemiyasının mənfi təsirinə görə qlobal mobil telefonların satış həcmi 17% azalacaq. Analitiklərin sözlərinə görə, bir sıra regionlarda beşinci nəsil şəbəkələrini dəstəkləyən aparatlara tələbat daha böyük olacaq. Söhbət, xüsusən Çin hakimiyyəti tərəfindən yeni standartın təşviq edildiyi Asiya-Sakit okean regionu ölkələrindən gedir. Lakin başqa regionlar, o cümlədən Qərbi Avropa "5G" qurğuların yayılması baxımından geri qalacaq.
Emil Hüseynov
Baxış sayı: 732
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet