“LG Display” Çində “OLED” ekranların seriyalı istehsalına başlayacaq
"LG Display" şirkəti tezliklə Çinin Quançjou şəhərində zavodda "OLED" panellərin seriyalı istehsalına başlamaq niyyətindədir. "Yonhap News" agentliyinin məlumatında istehsala əvvəlcə planlaşdırılan müddətdən bir il gec başlanacağı bildirilir.
"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, indiyədək müəssisə məhdud sayda "OLED" ekranlar buraxıb. Kütləvi istehsalın başlanılmasına "COVID-19" infeksiyasının yayılması mane olub.
Məlumata görə, "LG Display" televizor "OLED" panellərinə yüksək tələbatı ödəmək üçün istehsalı artırmaq niyyətindədir. Hazırda "OLED" məhsulları seriyalı miqyasda yalnız şirkətin Cənubi Koreyanın paytaxtı Seulun şimalında yerləşən Phacu şəhərində buraxılır. Onun aylıq gücü təxminən 70 min panel təşkil edir.
Seriyalı istehsala başladıqdan sonra Quançjou zavodu hər ay daha 60 min "OLED" panel tədarük edəcək. Bundan başqa, şirkətin planlarına 2021-ci ildən sonra müəssisənin gücünün 90 min "OLED" displeyədək artırılması daxildir.
"Display Supply Chain Consultants" (DSCC) şirkətinin proqnozuna görə, 2020-ci ildə dünya "OLED" panellər bazarında mədaxil 14 faiz artaraq 31,8 milyard dollara çatacaq. Artan dinamika bazar həcminin pul ifadəsində 51 milyard dolları üstələyəcəyi 2025-ci ilədək saxlanılacaq.
Mütəxəssislərin fikrincə, smartfon displeyləri "OLED" sahəsində mədaxilin əksər hissəsini generasiya etməkdə davam edəcək, lakin bu seqmentin töhfəsi azalacaq. 2019-cu ildə "OLED" panellərindən əldə olunan mədaxilin 80 faizini smartfonlar təmin edib. 2025-ci ilədək bu payın 67 faizədək azalacağı gözlənilir.
Televizor seqmentində, əksinə, artım proqnozlaşdırılır. Qiymətləndirməyə görə, 2025-ci ildə televizorlar üçün "OLED" ekranların satışından 8,5 milyard dollar qazanc əldə olunacaq. 2019-cu ildə bu göstərici 2,5 milyard dollar təşkil edib.
Nizam Nuriyev
Baxış sayı: 421
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet