12px13px15px17px
Tarix:21/07/20

“Samsung” şirkəti ən ucuz smartfonunu təqdim edib

“Samsung” şirkəti İndoneziyada “Galaxy A01 Core” adlı ucuz smartfonunu təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “Galaxy A01 Core” plastik korpusa malik yığcam aparatdır. HD təsvir ölçülü ekranın diaqonalı 5,3 düymə bərabərdir və tərəflər nisbəti 18,5x9 təşkil edir. F/2.2 işıq güclü obyektivə malik arxa kamera işıqlandırıcı və 8 meqapiksellik sensor, ön kamera isə f/2.4 obyektivli 5 meqapiksellik sensorla təchiz edilib.

 

2017-ci ildə təqdim edilmiş “Mediatek MT6739” prosessoru ilə işləyən smartfon 1 QB əməli yaddaşa, həmçinin 16 və ya 32 QB daxili yaddaşa malikdir. Hibrid SİM slot iki SİM kart və ya bir SİM kart, yaxud “microSD” yaddaş kartı quraşdırmağa imkan verir. Belə yığcam və ucuz qurğu üçün akkumulyatorun tutumu 3000 milliamper/saat təşkil edir.

 

Emil Hüseynov





Baxış sayı: 559

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024