12px13px15px17px
Tarix:22/07/20

“ASUS ZenScreen MB16AH” monitoru nümayiş olunub

“ASUS” şirkəti noutbuk və digər mobil qurğularla birlikdə istifadə üçün nəzərdə tutulan “ZenScreen MB16AH” portativ monitorunu nümayiş etdirib. Yeni qurğu 15,6 düym diaqonallı “Full HD” formatlı “IPS” matrisası üzərində qurulub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, panel 1920 × 1080 piksel təsvir ölçüsünə, 220 kandel/kvadratmetr parlaqlığa və 700:1 kontrastlıq nisbətinə malikdir. Horizontal və vertikal üzrə baxış bucağı 178 dərəcəyə bərabərdir. Reaksiya vermə vaxtı 5 millisaniyə təşkil edir.

 

Noutbukun qoşulması üçün “USB Type-C” simmetrik portu nəzərdə tutulub. Bundan başqa, “Micro-HDMI” çıxışı və 3,5 millimetrlik standart audioçıxış mövcuddur.

 

Qoruyucu çexol altlıq funksiyasını yerinə yetirir. Portativ monitordan həm albom, həm də portret şəklində istifadə mümkündür. Göz yorğunlunun aradan qaldırılmasına “Ultra-Low Blue Light” və “Flicker-free” texnologiyaları kömək edir.

 

Monitor hər birinin gücü 1 vatt təşkil edən stereofonik dinamiklərlə təchiz olunub.

 

“ZenScreen MB16AH” modelinin çəkisi 730 qram, ölçüsü 359,7 × 227,4 × 9 millimetr təşkil edir. Enerji sərfiyyatı adi rejimdə 9 vatta bərabərdir. Monitorun qiyməti barədə məlumat verilmir.

 

Nizam Nuriyev





Baxış sayı: 463

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024