12px13px15px17px
Tarix:22/07/20

İlk dəfə ucuz “OnePlus” smartfonu buraxılıb

Uzun illər yalnız qabaqcıl smartfonların buraxılışı ilə məşğul olan “OnePlus” şirkəti son bir neçə ilin ən ucuz modelini təqdim edib. “OnePlus Nord” adlı yeni smartfon texniki xüsusiyyətlərinə görə qabaqcıl modelə oxşardır və iki dəfə ucuzdur, lakin daha sadə “Snapdragon 765G” çipi ilə təchiz olunub, suyadavamlı reytinqinə malik deyil və simsiz enerjidoldurmanı dəstəkləmir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, smartfon 90 giqahers tezlik yeniləməsinə (900 dollarlıq OnePlus 8 Pro modelindəki kimi, lakin nisbətən aşağı 2400х1080 piksel təsvir ölçülü) malik 6,44 düymlük “AMOLED” ekranla təchiz olunub. Bundan başqa, qurğu ekran altında yerləşən barmaq izi skaneri, “NFC” çipi və “USB-C” portuna malikdir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, “Warp Charging” (30 vatt) texnologiyası 4100 milliamper/saat tutumlu batareyanı 30 dəqiqəyə sıfırdan 70 faizədək enerji ilə doldurmağa imkan verir.

 

Dörd arxa kameraya malik “OnePlus Nord” modelinin 8 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış versiyası 480 dollar dəyərində qiymətləndirilib. 12 giqabaytlıq operativ yaddaş və daha böyük quraşdırılmış yaddaş tutumlu variantın qiyməti 595 dollar təşkil edir. Smartfona “OxygenOS 10.5” interfeysli “Android 10” əməliyyat sistemi quraşdırılıb.

 

“OnePlus Nord” smartfonunun avqustun 4-dən etibarən Avropada satışa çıxarılması nəzərdə tutulur.

 

Nizam Nuriyev





Baxış sayı: 517

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024