“MediaTek” şirkəti “6G” rabitəsi sahəsində tədqiqatlara başlayıb
Mobil qurğular üçün aparıcı prosessor tərtibatçılarından olan "MediaTek" şirkəti altıncı nəsil mobil rabitə texnologiyası (6G) üzərində işə başlayıb.
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, hazırda "MediaTek" beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən smartfonlar üçün çipləri aktiv inkişaf etdirir. Proqnozlara görə, bu il şirkətin satış həcmi 80 milyon "5G" prosessor təşkil edəcək. Bu gözləntilərin özünü doğruldacağı təqdirdə "MediaTek" bu sinifli dünya mobil çiplər bazarında 40 faiz paya sahib çıxacaq.
"6G" şəbəkəsinə gəldikdə, onun 2030-cu ildə kommersiyalaşdırılmasına başlanacağı gözlənilir. Şəbəkədə məlumat ötürmə sürəti nəzəri baxımdan 1 Tbit/saniyə təşkil edəcək. Belə yüksək buraxılış qabiliyyəti ən yeni virtual və əlavə reallıq platformalarının, avtopilot vasitələri əsasında təkmilləşdirilmiş nəqliyyat sistemlərinin, qabaqcıl imkanlara malik robotlaşdırılmış komplekslərin və s. yaradılması üçün yollar açacaq.
Qeyd olunur ki, "MediaTek" şirkəti "6G" dəstəkli smartfonlar üçün çiplər bazarının ən böyük oyunçularından olmaq niyyətindədir. Bu sahədə tədqiqat və işləmələrin Finlandiyanın "Nokia" şirkəti ilə birlikdə aparılması nəzərdə tutulur.
Nizam Nuriyev
Baxış sayı: 473
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet