12px13px15px17px
Tarix:24/07/20

“WhatsApp”da yeni funksiyalar istifadəyə veriləcək

“WhatsApp” messencerində yaxın vaxtlarda istifadəçilər üçün eyni anda dörd qurğuda eyni hesabdan istifadə imkanı yaradılacaq. Gözlənilən yeniliklər barədə “WABetaInfo” portalının məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, proqram interfeysində “Linked Devices” (Bir-birinə bağlanmış qurğular) adlı yeni bənd yaradılacaq. O, profilə digər smartfon və kompüterləri bənd etməyə imkan verəcək. Eyni “WhatsApp” hesabından ümumilikdə dörd qurğuda istifadə mümkün olacaq.

 

Bundan başqa, axtarış funksiyasının təkmilləşdirilməsi üzərində çalışan tərtibatçılar tərəfindən məlumatın axtarışı zamanı onun tipinin (fotoşəkillər, video, linklər, GIF faylları, audio və video sənədləri) filtrasiyadan keçirilməsinə şərait yaradılacaq. Hazırda hər iki funksiya hazırlanma mərhələsindədir. Materialda onların istifadəyə verilmə tarixi barədə məlumat verilmir.

 

İyunda “WhatsApp”da məlumatların tarixə görə axtarış funksiyasının yaradılacağı barədə məlumatlar yayılıb. Hazırda messencerdə axtarış funksiyası mövcud olsa da, istifadəçilər müəyyən gündə göndərilmiş və ya alınmış informasiya blokunu axtarmaqda çətinlik çəkirlər.

 

Nizam Nuriyev





Baxış sayı: 496

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 May 2024

08 05 2024