Smartfonlar üçün “Gorilla Glass Victus” qoruyucu şüşəsi təqdim olunub
“Corning” şirkəti smartfonlar üçün “Gorilla Glass Victus” adlı yeni qoruyucu şüşə təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, seriyada ən möhkəm şüşə kimi qələmə verilən yeni qoruyucu vasitənin həm hündürlükdən düşməyə, həm də cızılmaya (Gorilla Glass 3 buraxıldıqdan sonra cızılmaya qarşı dözümlülüyə az diqqət yetirilib) qarşı eyni səviyyədə dözümlü olması qeyd edilir.
Şirkət nümayəndələrinin sözlərinə görə, “Victus” cızılmaya davamlılıq baxımından “Gorilla Glass 6” şüşəsini 2 dəfə, rəqiblərini isə 4 dəfə üstələyir.
Bildirilir ki, “Victus” zədələnmədən 2 metr hündürlükdən düşməyə dözümlü olacaq. Müqayisə üçün qeyd edək ki, “Gorilla Glass 6” üçün rəsmi hündürlükdən düşmə həddi 1,6 metr, “Gorilla Glass 5” üçün 1,2 metr təşkil edir.
“Corning” şirkətinin rəsmi məlumatına görə, “Gorilla Glass Victus” şüşəsi ilə təchiz ediləcək ilk qurğu avqustun əvvəlində buraxılacaq “Samsung Galaxy Note20” və Note20 Ultra” smartfonları olacaq. Digər şirkətlər də “Gorilla Glass Victus” şüşəsinə malik qabaqcıl modellər hazırlayır.
Nizam Nuriyev
https://www.youtube.com/watch?v=5hn5E5XRPW8&feature=emb_title
Baxış sayı: 907
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet