“5G” dəstəkli smartfonlar bazarında lider kim olacaq?
“TrendForce” tədqiqat şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən smartfonlar bazarında sürətli artım proqnozlaşdırır. Çin brendləri ilin birinci yarısında “5G” dəstəkli dünya smartfonlar bazarında 75 faiz paya sahib çıxıb. Lakin “Apple” şirkəti bazara daxil olan zaman vəziyyət dəyişə bilər.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, “TrendForce” nümayəndələrinin sözlərinə görə, bu il 235 milyon “5G” dəstəkli smartfon buraxılacaq ki, bu da işıq üzü görən smartfonların ümumi həcminin 18,9 faizini təşkil edəcək. Birinci yeri il ərzində 74 milyon “5G” smartfon tədarük edəcək “Huawei” şirkətinin tutacağı gözlənilir.
Proqnozlar özünü doğruldacağı təqdirdə ilk “5G” dəstəkli smartfonlar buraxacaq “Apple” şirkəti payızda 70 milyon “iPhone !2” modeli tədarük edərək 30 faiz payla ikinci pilləyə yüksələcək. Analitiklərin fikrincə, lakin “Apple” tərəfindən qiymətlər qaldırılacağı halda satış həcmi yüksək olmaya bilər.
“Samsung” şirkətinin yeni smartfonlar bazarında üçüncü yerlə kifayətlənəcəyi proqnozlaşdırılır. Gözləntilərə görə, Cənubi Koreya istehsalçısı bu il 29 milyon “5G” dəstəkli smartfon tədarük edərək bazarda 12 faizə sahib çıxacaq.
İlk onluqda, həmçinin “Vivo”, “Oppo”, “Xiaomi” və digər Çin istehsalçıları yer alıb.
Nizam Nuriyev
Baxış sayı: 1496
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet