“Xiaomi Mi Ebook Reader” elektron kitab oxuma qurğusu təqdim ediləcək
“Bluetooth Special Interest Group” (SIG) təşkilatının saytında “Xiaomi” şirkətinin elektron kitabların oxunması üçün “Mi Ebook Reader” adlı yeni qurğusu haqqında məlumat dərc olunub.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, ötən il “Xiaomi” şirkəti “E Ink” elektron kağızı üzərində 6 düymlük ekran, dörd hesablama nüvəsinə malik “Allwinner” prosessor, 1 giqabaytlıq operativ yaddaş və 16 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilən “Mi Reader” qurğusunu təqdim edib. Bu dəfə isə qurğunun yeni nəsli hazırlanıb.
“Bluetooth SIG” bazasında yer alan qurğu “XMDKDZS02MA” kod adı ilə göstərilib. Yeni qurğunun texniki xüsusiyyətləri barədə məlumat verilməsə də, “Bluetooth 5.0” standartlı simsiz rabitə dəstəyinin mövcudluğu qeyd olunub.
Beynəlxalq bazara çıxarılacağı gözlənilən “Mi Ebook Reader” qurğusu enerjini yalnız şəkillərin çəkilməsi zamanı sərf edən “E Ink” ekranı ilə təchiz olunacaq. Panel ölçüsü əvvəlki kimi 6 düym ölçüsündə saxlanılacaq.
Təşkilat tərəfindən sertifikatlaşdırma “Mi Ebook Reader” qurğusunun sonuncu hazırlanma mərhələsində olmasından xəbər verir. Qurğunun rəsmi təqdimatı bu rübün sonuna planlaşdırılır.
Nizam Nuriyev
Baxış sayı: 922
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet